"Traktor" evdə qələbə qazandı

11:59 - 26 May 2022

Futbol üzrə İran çempionatında XXIX turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu doğma meydanda “Fajr Sepasi” ilə qarşılaşıb. “Traktorçular” bu oyundan əzmkar qələbə ilə ayrılıblar – 2:1.

“Traktor” 29 turdan sonra 28 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Xəbər xətti