"Sabah" milli üzvü ilə yeni müqavilə imzaladı

16:32 - 31 May 2022

“Sabah” klubu futbolçusu Elvin Camalovla müqavilənin müddətini uzadıb.

 

Sportal.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə bağlanmış yeni sözləşmənin müddəti 2024-cü ilin mayınadək nəzərdə tutulub.

 

Azərbaycan millisinin üzvü 2021-ci ilin iyulundan komandanın uğurları üçün çalışır. O, son mövsümdə “Sabah”ın heyətində 29 oyun keçirib.

Xəbər xətti