"Sabah"ın baş məşqçisi Murad Musayev klubun "Ufa"nın rusiyalı hücumçusu Həmid Ağalarovla maraqlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Sportal.az xəbər verir ki, rusiyalı mütəxəssis metaratings.ru saytına açıqlamasında mövzu ilə bağlı şərh verə bilməyəcəyini deyib:
"Hazırda məzuniyyətdəyəm və şərh verə bilmərəm. Transfer yoxdur, transfer olsa, nəsə deyərdim. Mən bir çox oyunçu ilə maraqlana bilərəm. Bilirsiniz, nə qədər ki, transfer yoxdur, şərh verməyə də heç nə yoxdur”.
Bundan əvvəl “Eurostavka” portalı Ağalarovun “Sabah”a keçərək Azərbaycan vətəndaşlığını ala biləcəyi barədə məlumat yayıb. Mənbənin sözlərinə görə, Musayev "Ufa"nın hücumçusunun transferində şəxsən maraqlıdır.
Agent Aleksandr Manyakov Metaratings.ru saytına müsahibəsində belə bir keçidin reallığına şübhə ilə yanaşıb. Onun fikrincə, Azərbaycan klubunda transfer üçün lazımi məbləğ yoxdur. Ağalarovun özü də daha güclü çempionatda oynamaq istəyir.
saytlarin hazirlanmasi