Əfsanəvi qanalı futbolçu Maykl Essyen "Sabah"ın akademiyasının qonağı olub.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, ulduz futbolçu U-10 və U-12 komandalarımızın Bakı Olimpiya Stadionunda keçirilən məşqinə gələrək, azyaşlı futbolçularımıza sürpriz edib.
Görüş zamanı Essyen akademiyanın üzvlərinin suallarını cavablandırıb, onlara futbolda uğur qazanmaq üçün öz məsləhətlərini verib.
Daha sonra azyaşlı futbolçular arasında əyləncəli yarış keçirilib. Yarışın qalibi olan akademiyanın 2 futbolçusuna Essyenin imzalı forması hədiyyə edilib.
saytlarin hazirlanmasi