"Traktor"un yeni baş məşqçisi məlum oldu

18:24 - 20 İyun 2022

İranın "Traktor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az Təbriz təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Kurban Berdıyev təyin olunub. Türkmənistanlı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib. O, "Traktor"un baş məşqçisi postunda Ertuğrul Sağlamı əvəzləyib.

 

Qeyd edək ki, Kurban Berdıyevin son klubu Qazaxıstan "Kayrat"ı olub.

Xəbər xətti