"Sabah" futbolçusu Lukas Rangellə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, braziliyalı hücumçu ilə müddəti başa çatan icarə müqaviləsi yenilənməyib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Rangel "Sabah"la Premyer Liqada 8 oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
27 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu "Vorskla"ya (Ukrayna) qayıdıb.