"Sabah" Kipr klubu ilə qarşılaşacaq

15:07 - 28 İyul 2022

Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışını davam etdirən “Sabah”ın hazırlıq çərçivəsində keçirəcəyi son yoxlama oyunundakı rəqibin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, komanda Kiprin yüksək liqa təmsilçisi “Nea Salamina” klubu ilə qarşılaşacaq. Görüş iyulun 30-da Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

 

Qeyd edək ki, iyulun 17-dən Banskoda təlim-məşq toplanışında olan "Sabah" bu günə kimi hazırlıq çərçivəsində İsrailin “Hapoel Hadera” (0:1) və Kiprin “Akritas Xlorakas” (2:3) klubları ilə qarşılaşıb. Bolqarıstan toplanışına iyulun 31-də yekun vurulacaq.

Xəbər xətti