"Sabah" Kipr klubuna qarşı

13:45 - 30 İyul 2022

Yeni mövsümün hazırlığını Bolqarıstanda davam etdirən "Sabah" bu gün sonuncu yoxlama oyununu keçirəcək.

 

Sportal.az xəbər verir ki, Murad Musayevin rəhbərlik etddiyi kollektiv Kiprin "Nea Salamina" klubu ilə qarşılaşacaq. Matç Bakı vaxtilə saat 19:30-da start götürəcək.

 

Qeyd edək ki, iyulun 17-dən Banskoda təlim-məşq toplanışında olan "Sabah" bu günə kimi hazırlıq çərçivəsində İsrailin “Hapoel Hadera” (0:1) və Kiprin “Akritas Xlorakas” (2:3) klubları ilə qarşılaşıb. Bolqarıstan toplanışına iyulun 31-də yekun vurulacaq.

Xəbər xətti