Yeni mövsümün hazırlığını Bolqarıstanda davam etdirən "Sabah" sonuncu yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Kiprin "Nea Salamina" klubu ilə qarşılaşıb. Matç Murad Musayevin komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. "Sabah"ın heyətində Bəxtiyar Həsənalızadə fərqlənib.
Qeyd edək ki, iyulun 17-dən Banskoda təlim-məşq toplanışında olan "Sabah" bu günə kimi hazırlıq çərçivəsində İsrailin “Hapoel Hadera” (0:1) və Kiprin “Akritas Xlorakas” (2:3) klubları ilə qarşılaşıb. Bolqarıstan toplanışına iyulun 31-də yekun vurulacaq.
saytlarin hazirlanmasi