Misli Premyer Liqasında IV tura yekun vurulub.
Sportal.az xəbər verir ki, “Sabah” bu turda səfərdə “Qəbələ” ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda baş tutan və paytaxt klubunun 2:0 hesablı qələbəsi ilə başa çatan matç hücumçu Davit Volkov və gənc futbolçu Seymur Məmmədov üçün əlamətdar olub.
Belə ki, gürcüstanlı forvard Qəbələ səfərində komandanın heyətində ilk qoluna imza atıb. Volkov buna “Sabah”dakı 4-cü rəsmi oyununda nail olub.
Seymur Məmmədov isə “Qəbələ” ilə görüşdə “Sabah”ın əsas komandasında debüt edib. 19 yaşlı yarımmüdafiəçi matçın 90+5-ci dəqiqəsində Aleksey İsayevin yerinə meydana daxil olub.
saytlarin hazirlanmasi