"Sabah"ın futbolçusu Ukrayna millisinə dəvət aldı

18:08 - 9 Sentyabr 2022

"Sabah"ın futbolçusu Aleksey Kaşuk Ukraynanın U-21 millisinə dəvət olunub.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Ruslan Rotanın Avro-2023-ün Slovakiya ilə pley-off matçları üçün milliyə çağırdığı futbolçular arasında Kaşukun da adı var. 22 yaşlı yarımmüdafiəçi B siyahısı üçün sifariş olunub.

 

Ukrayna və Slovakiya yığmaları arasında qarşılaşmalar sentyabrın 23-ü və 27-də oynanılacaq.

 

Qeyd edək ki, “Sabah” Kaşuku Ukraynanın “Şaxtyor” klubundan bir illik icarəyə götürüb.

Xəbər xətti