Höccət oynadı, "Traktor" Tehranda lideri məğlub etdi - VİDEO

11:37 - 3 Oktyabr 2022

Futbol üzrə İran çempionatında 7-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Cənubi Azərbaycanın "Traktor" klubu Tehranda "Persepolis"in qonağı olub. Qarşılaşma Təbriz təmsilçisinin 1:0 hesablı qələbəsiylə başa çatıb. 

 

Azərbaycan milli komandasının müdafiəçisi Höccət Haqverdi də bu görüşün iştirakçısı olub. 29 yaşlı futbolçu matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda qalıb.

 

7 turdan sonra 11 xal toplayan "Traktor" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Təbrizlilər lider "Persepolis"dən 4 xal geri qalır.

 

Oyunun icmalı linkdə - https://t.me/sportalaz/5162

Xəbər xətti