"Sabah"ın baş məşqçisi Murad Musayev "Sports.ru" saytına müsahibə verib.
Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis Azərbaycan haqda danışıb. Musayev Bakının müsbət və mənfə cəhətlərini bildirib:
"Müsbət cəhətlərdən Bakının müasir memarlığı və eyni zamanda şərq ləzzəti və tarixi birləşdirən gözəl şəhərolduğunu deyərdim. Mənfi cəhətlərdən insanların yollarda necə davranmaları məni təəccübləndirdi. Dörd zolaqlı yolda hərəkət edirsinizsə və sola və ya sağa dönmə varsa, heç bir adam öz zolağında manevri tamamlamayacaq. Dörddən altı zolaq yaradırlar.
Dönmə işığı olmadan, məndən beş santimetr aralıda kiminsə qəfildən zolaq dəyişdirmək qərarına gəlməsinə öyrəşə bilmirəm. Bunlar məni darıxmağa qoymur. Əgər Krasnodarda darıxırdımsa, burada belə bir şey yoxdur. Piyada ancaq sürətlə qaçdığı halda yolu keçə bilər. Başqa şans yoxdur.
Eyni zamanda, burada çoxlu kameralar var, hətta bağlanmamış təhlükəsizlik kəmərinə görə də cərimələr gəlir. Polis şəhəri gəzir və qanunu pozanları müəyyən edir. İl ərzində çoxlu cərimələr ödəmişəm".
saytlarin hazirlanmasi