Murad Musayev: "Ermənistanın iki klubundan təklif almışdım"

14:12 - 24 Oktyabr 2022

"Sabah"ın baş məşqçisi Murad Musayev Rusiyanın "Sports.ru" saytına geniş müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı rusiyalı mütəxəssis Azərbaycana gəlməmişdən əvvəl Ermənistan klublarından təklif aldığını deyib:

 

“Sabah”dan əvvəl Avropadan təkliflərim var idi, amma imtina etdim. Məsələn, “Ferentsvaroş”un prezidenti ilə görüşdüm. Sonra fərqli seçim etdiklərini bildirdilər. Lakin yenə də zəng edib bəzi futbolçularla bağlı mənimlə məsləhətləşdilər. Ermənistanın iki klubundan zəng etdilər. Birbaşa təkliflər idi. Danışdıq, amma razılaşmadım. Slovakiyada maraqlı variant var idi, o da alınmadı”.

Xəbər xətti