“Sabah” klubunun prezidenti Maqsud Adıgözəlov baş məşqçi Murad Musayevlə yeni müqavilə imzalanması barədə klubun rəsmi saytına təəssüratlarını bölüşüb.
Sportal.az xəbər verir ki, o, 38 yaşlı mütəxəssislə yollarına davam etdikləri üçün şad olduqlarını bildirib:
“Murad Musayevlə yeni müqavilə bağladığımıza görə çox şadam. Komandamız Musayevin rəhbərliyi altında günü-gündən inkişaf edir. Bu, sərgilənən futbolda özünü açıq şəkildə göstərir. O, komandaya bizim klub olaraq arzuladığımız futbol fəlsəfəsini aşılayır. İnanıram ki, yeni anlaşma hər iki tərəf üçün uğurlu olacaq və birlikdə öz hədəflərimizə çatacağıq”.
2024-cü ilin mayına kimi "Sabah"a rəhbərlik edəcək Murad Musayev məmnunluğunu dilə gətirib: “Klubumuzun bir parçası olduğuma görə çox şadam. Addım-addım daha da güclənməliyik. Qarşıda görülməli olan çox iş var. Hər gün ürəklə çalışaraq, bundan sonra da azarkeşlərimizi sevindirməyə çalışacağıq”.
Qeyd edək ki, Musayev 2021-ci ilin 30 oktyabr tarixindən “Sabah”ın baş məşqçisidir. Paytaxt təmsilçisi onun rəhbərliyi altında keçirdiyi 33 oyunun 20-dən qələbə ilə ayrılıb.
saytlarin hazirlanmasi