“Sabah” Futbol Akademiyasında yeni müqavilə bağlanıb.
Sportal.az xəbər verir ki, klubun və Azərbaycan millisinin sabiq futbolçusu Rəşad Eyubov bundan sonra U-19 komandasında köməkçi məşqçi kimi çalışacaq.
Eyubov 2018/19 və 2019/20 mövsümlərində “Sabah”ın şərəfini qoruyub. O, əsas komandanın heyətində 24 oyun keçirib, 3 qol vurub.