"Sabah"ın məşqçisi: "Çempionat və ya kubok matçının fərqi yoxdur"

19:34 - 23 Noyabr 2022

"Sabah" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Qaradağ Lökbatan"ı 5:0 hesabı ilə məğlub edərək növbəti raunda vəsiqə qazanıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra Premyer Liqa təmsilçisinin məşqçisi Vitali Korneyev jurnalistlərin suallarını cavablandırıb:

 

- Heyətdə rotasiyalar etmişdik. Oyun bizim diqtəmiz altında keçdi. Az oynayan futbolçulara özlərini göstərmək üçün fürsət verdik. Bəzi şeylər istədiyimiz kimi alınmasa da, nəticədən razıyıq.


- İkinci hissədə gənclərə şans verdiniz. Onları ilk hissədə niyə meydana buraxmadız?

- Biz bu matça elə-belə oyun kimi baxmırdıq. Ona görə də gənc futbolçulara ikinci hissədə şans verdik. Matçın çətin olacağını düşünürdük. Səbəb budur.


- Daha çox standart vəziyyətlərdən qol vurmağa çalışırdız. Bunun səbəbi nədir?

- Düzdür standard vəziyyətdən qol vurduq. Amma oyunu bunun üzərində qurmamışdıq. Cinahdan asmalar edirdik. Standart vəziyyətlər futbolun bir hissəsidir. Bunu oyundan çıxarmaq olmaz.


- Çempionatın növbəti turunda "Səbail"lə qarşılaşacaqsız. Bu oyun haqda nə düşünürsüz?

- Biz azarkeşlər üçün oynayırıq. Çempionat və ya kubok matçının fərqi yoxdur. Rəqibin "Qarabağ", "Səbail" və ya başqası olmasından asılı olmayaraq qələbə qazanmaq üçün oynayırıq.

 

Elçin Əlixan

Xəbər xətti