Rusiyalı məşhur futbolçu Azərbaycanda oynaya bilər

21:40 - 5 Dekabr 2022

"Venesiya”nın rusiyalı yarımmüdafiəçisi Denis Çerışev Azərbaycanda oynaya bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə "eurostavka.ru" saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, "Sabah" 32 yaşlı vingeri transfer edə bilər.

 

Sayta açıqlama verən azərbaycanlı agentlərdən biri belə deyib:

 

"Bu mövsüm "Sabah"dan geniş ehtiyat heyət tələb edir. Üstəlik, komanda bu mövsüm avrokuboklara vəsiqə qazanacaq. Çerışev kimi oyunçular isə orada qızıla bərabərdir. “Sabah” "Venesiya"da yüksək maaş aldığına görə Çerışevi icarəyə götürə bilər”.

 

Lakin "Sabah"ın mətbuat xidmətinin əməkdaşı xəbəri təkzib edib.

 

Qeyd edək ki, Denis Çerışev karyerası ərzində "Real", "Sevilya", "Valensiya" və "Vilyarreal"da çıxış edib.

Xəbər xətti