Murad Musayev: "Qorxulu bir şey baş verməyib"

19:21 - 9 Dekabr 2022

"Sabah" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Səbail"ə 2:3 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev jurnalitlərin suallarını cavablandırıb:

 

- Ardııcl iki oyundur ki, kobud səhvlərə yol veririk. Bu da bizi azlıqda buraxır. Öz işimizi çətinləşdiririk. Matçın gedişində dəyişiklik etməyə məcbur qalırıq. Ən yaxşı oyunumuzu oynamadıq. Şadam ki, iki qol vuraraq cavab görüşünə ümidlərimizi saxladıq. Biz başa düşməliyik ki, "Sabah" "Qəbələ"dən, "Nefçti"dən, "Zirə"dən yüksək və aşağı deyil. Biz işimiz və intizamımıza görə yuxarıdayıq. Mexanizmdə bir şrup itirsə, bütün mexanizm itir. Bunlar olmasa, nəticə qazana bilmərik. Çoxdandır ki, bu cür motivasiyalı "Səbail" görməmişdim. Azərbaycanda hər komanda bizə qarşı meydana belə çıxır. Amma heç nə olmaz. Gərək təhlil edək, səhvlərdən nəticə çıxaraq və davam edək. Qorxulu bir şey baş verməyib.

 

- Qapıçı dəyişikliyinə görə təəssüflənmirsizki? Yusifə şans vermədiyinizə görə...

-Buradakı jurnalist iki dəfə məndən soruşmuşdu ki, Nicat haradadır?

 

- "Səbail"i sizin üçün uğursuz rəqib saymaq olar? Çempionatda da onlara qarşı çətinlik çəkmişdiz..

- Onları udmaq üçün çox işləmək lazımdır. Başqa cür "Səbail"i məğlub etmək olmaz. Bu gün pis başladıq. Buna görə də istədiyimiz nəticəni qazana bilmədik. "Səbail"də yaxşı yerli futbolçular və legionerlər var. Onlara qarşı oynamaq çətindir. Üç matçdan ikisini uda bilməmişiksə, öz problemimizdir.Təhlil edəcəyik.

 

-Denis Çerışev "Sabah"a gələcək?

- Xeyr. Bu, doğru deyil.

 

- Rusiyada boşda qalan oyunçu olan kimi "Sabah"la adı hallanır. Bu barədə fikriniz necədir?

- Fikrim yoxdur.

 

- Oyunun gedişində hakimə deyirdiz ki, ikili standartla yanaşırsınız. Matç zamanı da emosinal idiniz. İndi də belə düşünürsüz?

- Hazırda hakim haqda danışmaq istəmirəm. Çünki heç nəyi dəyişmək olmaz. Emosional idim. Amma səbəbsiz deyildi.

 

Mirbağırağa

Xəbər xətti