"Sabah" milli üzvü ilə 4 illik müqavilə imzaladı

11:58 - 27 Dekabr 2022

“Sabah” müdafiəçi Amin Seydiyevlə yeni müqavilə bağlayıb.

 

Sportal.az xəbər verir ki, millimizin də üzvü olan 24 yaşlı müdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 2026-cı ilə kimdir.

 

Qeyd edək ki, Seydiyev 2020-ci ildən “Sabah”ın uğurları üçün çalışır. O, bu günə kimi komandanın heyətində 71 rəsmi matç keçirib (66 oyun Premyer Liqada, 5 oyun ölkə kubokunda), 2 qol vurub. Amin “Sabah”ın heyətində ən çox oyun keçirmiş futbolçudur.

Xəbər xətti