"Sabah"ın iki futbolçusu "Kəpəz"də

18:52 - 3 Yanvar 2023

“Sabah” gənc futbolçular Abdulla Rzayev və İdris İnqilablını icarəyə verib.

 

Sportal.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu cari mövsümün sonuna kimi Gəncənin “Kəpəz” klubunda çıxış edəcək.

 

Qeyd edək ki, Abdulla cari mövsümün ilk yarısını icarə əsasında “Şamaxı” klubunda çıxış edib. İdris isə mövsümün ilk yarısını “Sabah”da keçirib.

Xəbər xətti