Murad Musayev: "Sabah"ın avrokuboklara qatılması üçün çalışırıq"

16:04 - 10 Yanvar 2023

"Sabah"ın baş məşqçisi Murad Musayev Rusiyanın "Sport Express" nəşrinə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 39 yaşlı mütəxəssis Bakı təmsilçisinin avrokuboklara vəsiqə qazanması üçün çalışdıqlarını deyib:

 

"Bütün diqqətim işimdədir. "Sabah"ın avrokuboklara qatılması üçün çalışırıq. Çox şey dəyişib. İrəliyə doğru addım atmışıq. İşləri sabitləşdirmək vacibdir. Çox iş var, darıxmağa vaxt yoxdur.

"Krasnodar"ı hər zaman xatırlayıram. 10 ildən çox burada işləmişəm. Bu klub mənim bir parçamdır, hər zaman onları izləyirəm. "Krasnodar"la bağlı xoş xatirələrim var".

Xəbər xətti