"Sabah"ın baş məşqçisi: "Neymar bizə keçməyə daha yaxındır, nəinki Xese"

16:15 - 19 Yanvar 2023

"Sabah"ın baş məşqçisi Murad Musayev Antalya toplanışı çərçivəsində Serbiyanın "Voyvadina" klubu ilə matçdan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, "CBC Sport" kanalına danışan rusiyalı mütəxəssis qarşılaşmanı dəyərləndirib:

 

"Fiziki cəhətdən güclü rəqibə qarşı oynadıq. Şadam ki, qələbə qazana bildik. Ən əsası odur ki, yaxşı oyun nümayiş etdirdik. İstədiyimiz odur ki, bacardığımız keyfiyyətləri bir qədər də inkişaf etdirək. Bunu nə qədər bacardığımızı çempionat göstərəcək". 


Murad Musayev Premyer Liqanın 19-cu turu çərçivəsində "Neftçi" ilə keçirəcəkləi görüşü də dəyərləndirib:

 

"Neftçi" ilə matçlarımız həmişə maraqlı alınır. Gözəl və açıq oyun gözləyirəm. Qışda gördüyümüz işlərdən, hazırlıqdan və oyunlardan razıyam. İndiki məqam üçün gördüyümüz işdən məmnunluq duyuram". 


Musayev "Sabah"a transfer gündəmdə olan ispaniyalı vinger Xese və "Ximki"də çıxış edən Ayaz Quliyev haqda danışıb:

 

"Reallıq odur ki, Neymar bizə keçməyə daha yaxındır, nəinki Xese. Ayazla danışıqlarımız hələ olmayıb. Mətbuatdan bilirəm ki, onun klubu ilə problemi olub. Amma biz danışmamışıq. Transferlərin olmaması məni ciddi narahat etmir. Keçidlər hələ mümkündür. Çünki, transfer pəncərəsi açıqdır".

Xəbər xətti