"Sabah"ın hücumçusundan Ronaldo açıqlaması

15:30 - 27 Yanvar 2023

"Sabah"ın futbolçusu Coy-Lens Mikels Premyer Liqanın 19-cu turunun "Neftçi" ilə matçından (2:0) sonra İctimai TV-yə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, matçda ilk qolu vuran almaniyalı hücumçu yaxşı oyun keçirdiklərini deyib:

 

"Qış fasiləsindən sonra çox yaxşı oyun keçirdik. Qələbə qazandığımıza görə çox şadıq. Bombardirlik yarışında Kaşukla rəqabət aparmıram. Komandamızda ikinci çox qol vuran oyunçunun olması mənim üçün sevindirici haldır". 


Qol sevincini Kriştiano Ronaldo kimi qeyd edək Mikels portuqaliyalı ulduzun "Səudiyyə Ərəbistanının "Əl Nəssr" klubuna transferini də dəyərləndirib:

 

"Kriştiano Ronaldonun "Əl Nəssr"ə keçdiyinə görə bir az kədərliyem. Çünki, o Messi ilə birlikdə futbol əfsanələrindən biridir. Amma bir tərəfdən də sevinirəm ki, Ronaldo karyerasını davam etdirəcək".

Xəbər xətti