"Traktor" 3 xalı 3 qolla qazandı

18:32 - 27 Yanvar 2023

Futbol üzrə İran çempionatında 17-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Təbrizin "Traktor" klubu səfərdə "Zob Ahan"ın qonağı olub. Qarşılaşma Cənubi Azərbaycan təmsilçisinin 3:1 hesablı qələbəsiylə başa çatıb. "Traktor"un heyətində Reza Əsədi het-trik edib.

 

Xallarını 26-ya yüksəldən "Traktor" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Təbrizlilər lider "Persepolis"dən 10 xal geri qalır.

Xəbər xətti