“Sabah”ın futbolçuları Tellur Mütəllimov və Amin Seydiyev Premyer Liqada yubiley qeyd edib.
Sportal.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XX turunda baş verib. “Qəbələ” ilə səfər matçı (3:0) Tellurun 150-ci, Aminin 100-cü çempionat oyunu olub.
Onların hər ikisi vaxtilə formasını daşıdıqları kluba qarşı görüşdə yubiley qeyd edib. İkinci hissədə meydana daxil olan Mütəllimov məhz Seydiyevi əvəzləyərək yubileyləri qoşalaşdırıb. Onların hesabında müvafiq olaraq 13 və 3 qol var.
İlk oyunu 2015/16 mövsümünə təsadüf edən Tellur “Zirə”də 63 oyunda 4, “Qəbələ”də 24 matçda 5, “Sumqayıt”da 49 görüşdə 4 qol vurub. O, indiki komandasında 14 dəfə şans qazanıb.
Debütü 2018/19 mövsümündə reallaşan Amin “Qəbələ”də 31 oyunda 1, “Sabah”da 69 matçda 2 qola imza atıb
saytlarin hazirlanmasi