"Sabah"ın müdafiəçisi Hiqor Qabriel icarəyə göndərilə bilər.
Sportal.az saytına verilən məlumata görə, braziliyalı futbolçu komandanın baş məşqçisi Murad Musayevin planlarına daxil deyil.
Məhz buna görə də, onun icarəyə göndərilməsi an məsələsidir.
Qabrielin xidmətində "Səbail" və "Lvov" komandaları maraqlıdır.
Xatırladaq ki, braziliyalı mövsümün ilk yarısını “Dinamo”da (Minsk) keçirib. 23 yaşlı müdafiəçi “Fluminense”nin U-20 komandasından “Sabah”a transfer olub.
saytlarin hazirlanmasi