Mikels və Camalov üçün əlamətdar matç

13:29 - 7 Fevral 2023

Misli Premyer Liqasının XXI turu “Sabah”ın futbolçuları Elvin Camalov və Coy Lens Mikels üçün əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, “Səbail”lə görüşdə hesabı açan 30 yaşlı almaniyalı yarımmüdafiəçi mövsümdə 12-ci qolu vurub. Bu, klub tarixində yeni rekorddur. İndiyədək “Sabah”ın heç bir futbolçusu Premyer Liqanın bir mövsümündə bu qədər qol vurmamışdı. Əvvəlki rekordun müəllifi də Coy Lens idi. O, ötən çempionatda 11 qola sevinmişdi.

 

“Sabah”ın kapitanı isə Premyer Liqada yubiley görüşünə çıxıb. “Səbail”lə qarşılaşma Camalovun ölkə çempionatlarında 200-cü matçı olub. 28 yaşlı yarımmüdafiəçi Premyer Liqada 2013/14 mövsümündə debüt edib. Üç klubun - “Qəbələ”, “Zirə” və “Sabah”ın formasını daşımış Elvinin aktivində 2 qol var.

Xəbər xətti