Premyer Liqanın 22-ci turunun "Qarabağ"la matçında (1:1) zədələnərək meydanı tərk edən "Sabah"ın futbolçusu Coy-Lens Mikelsin durumu bəlli olub.
Sportal.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin durumu yaxşıdır. Saytımıza açıqlama verən Masazır təmsilçisinin mətbuat katibi Elnur Həmidov almaniyalı vingerin tezliklə məşqlərə başlayacağını dedi:
"Hazırda Mikelsin vəziyyəti yaxşıdır. Tezliklə məşqlərə başlayacaq. "Turan Tovuz"la matçda oynamaq ehtimalı var. Amma son qərarı məşqçilər heyəti verəcək".
Coy-Lens Mikel cari mövsümdə meydana çıxdığı 21 Premyer Liqa matçında 12 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. O, komandanın heyətində ən çox qol vuran futbolçudur.
Qeyd edək ki, "Sabah" - "Turan Tovuz" qarşılaşması 19 fevral tarixində, saat 16:30-da baş tutacaq.
saytlarin hazirlanmasi