"Sabah" Gürcüstanda çempion oldu

18:15 - 24 Fevral 2023

“Sabah” Futbol Akademiyasının U-9 və U-11 komandaları Gürcüstanın Tbilisi şəhərində təşkil edilən “Tengiz Sulakvelidze Academy 2023” turnirində iştirak ediblər.

 

Sportal.az xəbər verir ki, U-9 komandası qrup mərhələsində “Qldani” (8:0), “Celero” (6:1) və Batumi “Dinamo”su (1:2) ilə qarşılaşıb. Yarımfinalda oyunsonrası penaltilər seriyası ilə “Qorda”nı (2:2, pen – 4:2) keçən təmsilçimiz finala vəsiqə qazanıb. Komanda həlledici matçda Batumi “Dinamo”suna (1:1, pen – 3:4) oyunsonrası penaltilər seriyasında uduzaraq turniri ikinci pillədə başa vurub.

 

U-11 komandası isə qrupda yerli “Qrandi” (4:0), “Zestafoni” (5:0) komandalarını məğlub edib, “Qldani”yə uduzub (0:1). Yarımfinalda “Saburtalo”ya qalib gələn (4:0) komanda həlledici oyuna vəsiqə qazanıb. Təmsilçimiz final matçında da qrup mərhələsində qarşılaşdığı “Qrandi” ilə üz-üzə gəlib. Bu dəfə də rəqibini məğlub edən (4:0) U-11 "Sabah" turnirin qalibi olub.

 

U-9 komandasından Ömər Şirəliyev turnirin ən yaxşı hücumçusu, Cavidan Ağayev isə ən texnikalı futbolçusu seçilib. U-11 komandasının üzvlərindən Yusif Ağayev turnirin ən yaxşı yarımmüdafiəçisi, Ayxan Əliyev ən yaxşı müdafiəçisi, Fərid Həsənli isə ən yaxşı oyunçusu seçilib.

 

T.S Academy 2023 Cup

U-9

Qrup mərhələsi

Sabah – Qldani 8:0

Sabah – Celero 6:1

Sabah – Dinamo (Batumi) 1:2

 

Yarımfinal

Qorda – Sabah 2:2 (pen. 2:4)

 

Final

Dinamo (Batumi) – Sabah 1:1 (pen. 4:3)

 

U-11

Qrup mərhələsi

Sabah – Qrandi 3:1
Qollar:
Yusif Ağayev, Ayxan Əliyev, Fərid Həsənli.

 

Sabah – Qldani 0:1

 

Sabah – Zestafoni 5:0
Qollar:
Yusif Ağayev, Fərid Həsənli, Amal Şıxkərimzadə, Yusif Fətullayev, Hüseyn Musayev.

 

Yarımfinal

Sabah – Saburtalo 4:0
Qollar:
Yusif Ağayev (3), Hüseyn Musayev.

 

Final

Sabah – Qrandi 4:0
Qollar:
Fərid Həsənli, Ayxan Əliyev, Yusif Ağayev, Hüseyn Musayev.

 

 

Xəbər xətti