"Sabah"ın sabiq futbolçusu Petar Şkuletiç peşəkar karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, serbiyalı hücumçu bu barədə ölkəsinin mətbuatına açıqlama verib. Təcrübəli forvard 32 yaşında futbolla vidalaşıb.
Qeyd edək ki, Petar Şkuletiç 2021-ci ilin sentyabr ayından oktyabrın sonunadək "Sabah"da çıxış edib. O, Azərbaycan klubunun heyətində 4 rəsmi matçda meydana çıxıb. Skuletiç karyerası ərzində "Partizan", LASK, "Voyvodina", "Sivasspor", "Lokomotiv", "Monpelye" kimi klublarda çıxış edib.
saytlarin hazirlanmasi