Azərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində keçirilmiş “Sabah” – “Sumqayıt” (4:0) oyunu meydan sahiblərinin gənc yarımmüdafiəçisi Seymur Məmmədov üçün əlamətdar olub.
Sportal.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən matçın 90-cı dəqiqəsində Namik Ələskərovun əvəzinə meydana çıxan Məmmədov, cəmi 2 dəqiqə sonra fərqlənib. Bu, Seymurun “Sabah”ın heyətində vurduğu ilk qoldur. 19 yaşlı futbolçu buna 3-cü rəsmi oyununda nail olub.
Seymur Məmmədov “Sabah” Futbol Akademiyasının yetirməsidir.
saytlarin hazirlanmasi