"Şaxtyor"un futbolçusu, icarə əsasında "Sabah"da çıxış edən Aleksey Kaşukla maraqlanan klubları sayı günü-gündən artmaqdadır.
Sportal.az saytına etibarlı mənbədən daxil olan məlumata görə, ukraynalı futbolçunu istəyən komandalardan biri də Polşa nəhəngidir.
Söhbət ölkə çempionatının liderlərindən olan "Legiya"dan gedir. Varşava klubu yayda Kaşuku heyətinə qatmaq üçün cəhdlər edəcək.
2022-ci ildən “Sabah”da icarə əsasında çıxış edən 22 yaşlı yarımmüdafiəçi 2023-cü il iyunun 30-da qədər Azərbaycanda olacaq. Bundan sonra isə o, "Şaxtyor"a geri qayıtmalıdır. Mənbənin iddiasına görə, "Sabah" rəhbərliyi də onu komandada saxlamaq üçün danışıqları davam etdirir.
"Legiya" rəsmilərinin də hazırda Donetsk klubunun rəhbərliyi ilə Kaşukla bağlı müzakirələr apardığı bildirilir. Yeri gəlmişkən, bir müddət əvvəl Kaşukun mövsüm sonunda "Qarabağ"a keçə biləcəyi xəbərləri də yayılmışdı.
"Şaxtyor" yetirməsi olan futbolçu "Mariupol"da icarə əsasında oynayıb.
saytlarin hazirlanmasi