"Sabah" "Beşiktaş"ı hansı stadionda qəbul edəcək? - RƏSMİ AÇIQLAMA

11:49 - 15 Mart 2023

"Qalatasaray"dan sonra Türkiyənin daha bir nəhəng klubunun Bakıya gələcəyi gözlənilir.

Sportal.az xəbər verir ki, "Beşiktaş" da Bakıya səfər edəcək. İstanbul təmsilçisi "Sabah"la qarşılaşacaq.

Türkiyə klubunun baş məşqçisi Şenol Güneş yerli mətbuata açıqlamasında görüşünü bu ay 21-25-i aralığında keçirilə biləcəyinin ehtimal edildiyini söyləyib. Saytımıza açıqlama verən "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov görüşün bu ay deyil, gələn aya planlaşdırıldığını bildirib: 

"Beşiktaş"la danışıqlar davam edir. Matçın gələn ay keçirilməsi planlaşdırılır. Oyunun hansı stadionda keçiriləcəyi hələ ki, müzakirə edilir. Mümkün variantlardan biri Tofiq Bəhramov adına Respublika stadionudur".

Xəbər xətti