"Sabah" milli komandaların oyunları ilə bağlı yaranmış fasilədə yoxlama oyunu keçirə bilər.
Sportal.az xəbər verir ki, 12 futbolçusu müxtəlif yığmaların düşərgəsində olan Masazır təmsilçisi klubun U-19 komandası ilə oynamağı planlaşdırır. Qarşılaşmanın dəqiq tarixi müəyyənləşməyib.
"Sabah" Premyer Liqada 27 turdan sonra 62 xalla 2-ci pillədə qərarlaşıb. Murad Musayevin rəhbərlik etdiyi kollektiv 28-ci turda "Qəbələ"ni qəbul edəcək. Bu görüş 2 aprel tarixində baş tutacaq.
saytlarin hazirlanmasi