"Dinamo"nun baş məşqçisi ilə "Sabah"dakı həmkarları arasında görüş keçirildi

12:59 - 30 Mart 2023

"Sabah" və "Dinamo" (Zaqreb) klubları arasında əməkdaşlıq çərçivəsində növbəti görüş baş tutub.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Zaqreb təmsilçisinin U-19 komandasının baş məşqçisi İvan Senzen ilə "Sabah"ın akademiyasının məşqçiləri arasında görüş keçirilib.

Onlayn şəkildə keçirilən görüş zamanı Senzen məşqçilərlə öz təcrübəsini bölüşüb, “Dinamo”nun aşağı yaş qruplarında keçirilən fiziki məşqlərin metodikası barədə məlumat verib. Daha sonra "Sabah" akademiyasının məşqçiləri İvan Senzenə onlara maraqlı olan sualları ünvanlayıblar. Növbəti görüşün “Dinamo” (Zaqreb) Futbol Akademiyasında keçirilən taktiki məşqlər barədə olması nəzərdə tutulub.

Xəbər xətti