"Sabah" klubunun nəqliyyat tərəfdaşı olacaq.
Sportal.az xəbər verir ki, tərəfdaşlıq çərçivəsində Premyer Liqa klubu nəqliyyat vasitələri ilə təmin ediləcək.
Artıq şirkət tərəfindən elektrik mühərrikli, yeni “e-2008 Peugeot” markalı avtomobil “Sabah”ın ixtiyarına verilib.
Avtomobil “Peugeot Azerbaijan” şirkətinin direktoru Ramin Mustafayev tərəfindən klubun prezidenti Maqsud Adıgözəlova təqdim edilib.
Bundan əlavə, “Sabah”ın ev oyunlarını keçirdiyi “Bank Respublika Arena”da ehtiyat oyunçular skamyası “Pegeout” brendinə uyğun şəkildə daha rahat və müasir oturacaqlarla təmin edilib, həmçinin stadionda brendin reklam lövhələri yerləşdirilib.
saytlarin hazirlanmasi