"Sabah"ın 2 futbolçusu "Qəbələ"yə qarşı oynamayacaq

11:20 - 2 Aprel 2023

"Sabah" Azərbaycan Premyer Liqasının 28-ci turunda öz meydanında "Qəbələ"ni qəbul edəcək.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisi bu qarşılaşmaya itkilərlə çıxacaq. Müdafiəçi Amin Seydiyevlə yarımmüdafiəçi Ceyhun Nuriyev cəzalıdır. 27-ci turun "Zirə" ilə matçında 4-cü dəfə sarı vərəqə görən futbolçular cəzalı duruma düşüblər.

Qeyd edək ki, "Sabah" - "Qəbələ" oyunu bu gün saat 18:00-da "Bank Respublika Arena"da keçiriləcək.

Xəbər xətti