"Sabah"ın aparıcı futbolçusu Coy-Lens Mikelsin hər iki qardaşı da futbolçudur.
Sportal.az xəbər verir ki, onun əkiz qardaşı Coy-Slayd Mikels hazırda karyerasını Almaniyanın həvəskar liqasında yarışan “Ay-Yıldızspor” klubunda davam etdirir.
Kiçik qardaş Leroy Jak isə Bolqarıstanın "Spartak Varna" klubunun forvardıdır.
Saytımıza açıqlama verən Coy-Lens qardaşını “Sabah”da görmək istədiyini bildirib: "Qardaşımı “Sabah”da görmək istəyərdim. Jak fantastik futbolçudur. Bunu qardaşım olduğuna görə demirəm. Oyununu görsəydiniz, çox bəyənərdiniz. Onunla məmmuniyyətlə yenidən birlikdə və ya ona qarşı oynayardım. Əvvəllər birlikdə də, rəqib kimi də oynamışıq”.
“Sabah”ın vingeri kiçik qardaşı ilə birlikdə “Borussiya”nın(Münhenqladbax) ikinci komandası və “Allemaniya Ahen”də oynayıb.
Mirbağırağa
saytlarin hazirlanmasi