"Neftçi"nin istədiyi forvard: "Mövsümün sonunda "Sabah"a qayıdacağım dəqiqdir"

17:24 - 6 Aprel 2023

Müqavilə ilə "Sabah"a məxsus olan, "Şamaxı"da isə icarə əsasında çıxış edən Kamran Quliyev Sportal.az saytına açıqlama verib.

"Neftçi"nin də maraq dairəsində olduğu bildirilən forvard yayda "Sabah"a qayıdacağını deyib: "Yayda "Sabah"a qayıdıram. Düzdü, "Şamaxı" da qalmağımı istəyirdi. Sadəcə mən müqavilə ilə məxsus olduğum komandaya qayıtmağı seçdim. Ancaq mövsüm sonuna qədər "Şamaxı"nın futbolçusuyam və bu komanda üçün son oyunumuzun final fitinə qədər əlimdən gələni etməyə çalışacam. Transfer işləri ilə menecerlərim məşğul olur. Mən də sizin kimi xəbələri mətbuatdan oxuyuram".

Quliyev "Sabah"a qayıdacağı təqdirdə, əsas heyətdə oynamaq şanslarını da dəyərləndirib: "Mövsümün sonu "Sabah"a qayıdacağım dəqiqdir. Amma yeni mövsümə bu komandada başlayacağım bəlli deyil. Yayda hər şey dəqiqləşəcək".

Mirbağırağa

Xəbər xətti