"Sabah" Azərbaycan Premyer Liqasının 29-cu turunda səfərdə "Səbail"ə 1:2 hesablı məğlub olub.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb:
- Meydanda bu gün mübarizə var idi. İkili mübarizələrdə rəqibə uduzduq. Üçüncü zonada problem yaşayırdıq. 10 nəfərlə qaldıqdan sonra xarakter göstərdik və hesabı bərabərləşdirdik. Çox yaxşı qol şansımız da var idi. Amma istifadə edə bilmədik. Oyunun sonunda konsentrasiyanı itirdik. Rəqib də bundan faydalandı. Bizim üçün çox vacib olan xallar itirdik.
- Artıq neçənci dəfədir ki, hakimlərə aqressiv reaksiya verirsiz. Həqiqətən də hakimlərimiz pisdir?
- İlk 15 dəqiqədə bizim müdafiəçilərimizə sarı vərəqə göstərirsə, deməli niyyəti fərqlidir. Bu hakim bizim bir oyunçumuza "Qarabağ"la matçdan öncə heç nədən qırmızı vərəqə göstərmişdi. Bu gün Zakpa qaydanı pozmuşdu, amma bizim futbolçuya qırmızı vərəqə verdi. Bu hakimliklə qazanmaq şansımız yox idi.
- Məğlubiyyəti cinah müdafiəçilərinin səhvləri ilə əlaqələndirmək olar?
- Məşqçilərin də, oyunçuların da səhvi ola bilər. Fərdi şəkildə yanaşmamalıyıq. Təhlil etdikdən sonra nəsə deyə bilərik.
Elçin Əlixan
saytlarin hazirlanmasi