Rusiya klubu Murad Musayevi baş məşqçi postuna təyin etmək istəyir

11:18 - 11 Aprel 2023

Rusiyada “Rubin”in baş məşqçi postuna namizədlərin müzakirəsi zamanı “Sabah”ın çalışdırıcısı Murad Musayevin də adı çəkilib.

Sportal.az “Sport-Ekspress” portalına istinadən xəbər verir ki, “Rubin”in çempionatdakı uğursuz nəticələrindən sonra klub rəhbərliyi Musayev də daxil olmaqla 3 namizəddən ibarət qısa siyahı açıqlayaraq komandanın baş məşqçisi Yuri Utkulbayevi istefaya göndərmək istəyir.

Kazan klubunun rəsmiləri artıq “Sabah”ın baş məşqçisi ilə əlaqə saxlayıblar. Amma məsələ əsaslı danışıqlara çatmayıb. Rusiya mətbuatının iddiasına görə, Musayev mövsüm ərzində komandanı tərk etməyə hazır deyil.

Hazırda "Rubin" birinci divizionda 47 xalla ikinci pillədədir. 

Xəbər xətti