"Neftçi"nin legioneri kollektivə qoşuldu

16:59 - 2 İyul 2023

“Neftçi” Rusiyanın Sankt-Peterburq şəhərində təlim-məşq toplanışını davam etdirir.

Sportal.az xəbər verir ki, “ağ-qaralar” toplanışın 4-cü günündə bir məşqlə kifayətlənib.

Bu gün Bakı vaxtı ilə saat 12:00-dan etibarən “Smena” stadionunda keçirilən hazırlıq prosesində zədəli Aqil Məmmədov iştirak etməyib. Əvəzində, komandanın düşərgəsinə qoşulan Ataa Caber məşqə qatılıb.

Xəbər xətti