Rusiyanın "Zenit" klubu "Matç TV" turnirinin ilk turunda "Neftçi"ni 3:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisinin ikinci qolu vuran Klaudinyo matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib. 26 yaşlı yarımmüdafiəçi "Neftçi"nin yaxşı komanda olduğunu bildirib:
"Çox yaxşı oynadıq. Təəssüf ki, qol buraxdıq. Amma sonra azarkeşlərimizin köməyi ilə oyunu çevirə bildik və qələbə qazandıq. Buna layiq idik. "Neftçi" yaxşı komandadır. Turnirdə beynəlxalq klubların iştirak etməsi vacibdir. Bu, yeni mövsümün başlanğıcında daha yaxşı formada olmağımız üçün faydalı olacaq".
saytlarin hazirlanmasi