"Neftçi"nin hücumçusu Mateus Saldanya Rusiya mətbuatına danışıb.
Sportal.az xəbər verir ki, “Sport Ekspress”ə açıqlama verən braziliyalı Rusiya klublarından təklif alıb-almamasından və “Zenit”də oynamaq istəyindən söhbət açıb:
"Heç vaxt Rusiya klublarından təklifim olmayıb. Əlbəttə ki, “Zenit”də oynamaq mənim üçün maraqlı gəlir. Bu cür böyük və tarixi klubda oynamaq mənim üçün şərəf olardı. Lakin mən “Neftçi”nin futbolçusuyam. Hər şey klubumdan asılıdır".
Xatırladaq ki, Saldanya "Matç TV" kuboku çərçivəsində "Zenit"ə (3:1) qarşı keçirilmiş görüşdə "Neftçi"nin yeganə qolunu vurub.
saytlarin hazirlanmasi