Rusiyanın "Zenit" klubunun yarımmüdafiəçisi Aleksey Sutormin Sankt-Peterburqda keçirilən "Matç TV" kubokunun ilk oyununda "Neftçi" üzərində qazandıqları qələbəni (3:1) şərh edib.
Sportal.az xəbər verir ki, "Matç TV"yə danışan rusiyalı "ağ-qaralar"ın onlara ikinci yarıda təhlükə yarada bilmədiyini söyləyib:
"Yaxşı matç alındı. Adətən təlim-məşq toplanışında güclü rəqiblərlə oynamaq üçün harasa getmək lazım gəlir. Bu oyunları da müəyyən vaxta qədər gözləməli olursan. Amma rəqiblər Sankt-Peterburqa gəlib. Stadionumuz böyükdür, azarkeşlər dəstək üçün ilk oyuna gəlmişdilər. "Neftçi"yə qarşı yaxşı oyun göstərib qalib gəldik. İlk yarıda qapımıza lazımsız penalti təyin edildi. Həmin epizodda qayda pozuntusuna ehtiyac yox idi. "Neftçi" şanslarını dəyərləndirə bilmədi. Onların fasilədən sonra qol epizodu olmadı. Layiqli qələbə qazandıq".
saytlarin hazirlanmasi