İstanbul klubu Emin Mahmudova rəsmi təklif göndərdi

22:15 - 3 İyul 2023

"Neftçi"nin yeni müqavilə təklifini qəbul etməyən Emin Mahmudov karyerasını Türkiyədə davam etdirə bilər.

Sportal.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin xidmətində I Liqada mübarizə aparan "Eyüpspor" maraqlıdır. Bu barədə jurnalist Nazım Türknas məlumat yayıb.

Super Liqaya çıxmağı hədəfləyən İstanbul təmsilçisi iddialı heyət qurmağı planlaşdırır. Arda Turanın baş məşqçisi olduğu "Eyüpspor" Azərbaycan milli komandasının kapitanına rəsmi təklif göndərib.

Qeyd edək ki, Emin Mahmudov 2017-ci ilin yayından "Neftçi"də çıxış edir. Təcrübəli yarımmüdafiəçi son mövsümdə "ağ-qaralar"ın heyətində meydana çıxdığı 45 matçda 19 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti