"Spartak" - "Neftçi" matçının vaxtı bəlli oldu

13:08 - 4 İyul 2023

"Neftçi"nin Rusiyada "Spartak"la keçirəcəyi yoxlama matçının vaxtı müəyyənləşib.

Sportal.az xəbər verir ki, qarşılaşma 18 iyul tarixində keçiriləcək. Bu barədə Moskva təmsilçisinin rəsmi saytı məlumat yayıb. "Otkrıtiye Bank Arena"da baş tutacaq matç Bakı vaxtilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, "Neftçi" Sankt-Peterburqdan təşkil olunan "Matç TV" turnirində iştirak edir. "Ağ-qaralar" ilk oyunda "Zenit"ə 1:3 hesabı ilə məğlub olub. Bakı təmsilçisi iyulun 8-i Serbiyanın "Srvena Zvezda", 15-i Türkiyənin "Fənərbağça" klubu ilə qarşılaşacaq.

Xəbər xətti