"Neftçi"nin müdafiəçisi: "Uşaqlıqdan "Fənərbaxça"ya azarkeşlik edirəm"

20:14 - 4 İyul 2023

"Neftçi"nin futbolçusu Azər Salahlı "Matç TV" kanalına açıqlama verib.

Sportal.az xəbər verir ki, millimizin də üzvü olan futbolçu "Matç TV" turnirində iştirak edən komandası haqda danışıb. O, "Fənərbaxça"ya azarkeşlik etdiyini də söyləyib: 

"Hazırda Konfrans Liqasının rəsmi oyunlarına intensiv hazırlıq gedir. Amma yoldaşlıq oyunlarına da ciddi yanaşırıq. Turnirdə "Fənərbaxça" da mübarizə aparır. Uşaqlıqdan bu kluba azarkeşlik edirəm və onlara qarşı oyunu səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, "Neftçi" - "Fənərbaxça" matçı iyulun 15-də Sankt-Peterburqda keçiriləcək və Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Buna qədər isə, iyulun 8-də "ağ-qaralar" "Srvena Zvezda" ilə oynayacaq. 

Mirbağırağa

Xəbər xətti