"Neftçi"nin futbolçusu Kilan Lebon Sankt-Peterburqda keçirilən "Matç TV" kuboku ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, "Matç TV"yə danışan yarımmüdafiəçi açılış oyununda "Zenit"ə 1:3 hesablı məğlubiyyətinə şərh verib:
"Zenit"ə qarşı yaxşı görünürdük. Lakin fasilədən sonra vəziyyət dəyişdi. Rəqib hərəkət artırdı. Belədə, işimiz çətinləşdi. Bu turnir öz gücümüzü böyük komandalara qarşı sınamaq üçün əla fürsətdir. Xeyrimizə işləyəcək".
"Neftçi" - "Fənərbaxça" matçı iyulun 15-də Sankt-Peterburqda keçiriləcək və Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Buna qədər bakılılar iyulun 8-də Serbiyanın "Srvena Zvezda" klubu ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi